ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Bakıda 47 yolayrıcında mövcud olan işıqforlara 115 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.
“Qafqazinfo” xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən görülən işlər çərçivəsində svetoforlara velosiped bölmələrinin quraşdırıldığı yeni kəsişmələr aşağıdakılardır:
1. Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsi;
2. Səbail rayonu, Neftçilər prospekti ilə Bülbül prospektinin kəsişməsi;
3. Səbail rayonu, Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsi;
4. Xətai rayonu, İzzət Orucov küçəsi ilə Sabit Orucov küçəsinin kəsişməsi.
Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələrinin quraşdırılması mikromobilliyin inkişafı məqsədilə həyata keçirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.