"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen komandanın məşqi zamanı yeni zədə alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, zədə bu həftə qiymətləndiriləcək. Qeyd olunub ki, bu, onun yanvar ayında komandadan icarəyə götürülməsinə təsir göstərə bilər.
Daha əvvəl mediada qapıçının İspaniya La Liqasında çıxış edən digər Kataloniya klubu "Jirona"ya icarəyə verilməyə yaxın olduğu bildirilirdi.
Mark-Andre ter Ştegen 2014-cü ilin iyul ayından bəri "Barselona"da oynayır. 2025/2026 mövsümündə qapıçı "Barsa"nın heyətincə yalnız bir oyuna ("Kral Kuboku"nda) çıxıb.