“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen məşq zamanı yenidən zədə alıb.
Msport.az xəbər verir ki, zədə bu həftə qiymətləndiriləcək.
Bu, onun yanvarda komandadan icarəyə götürülməsinə təsir göstərə bilər. Daha əvvəl mediada qapıçının İspaniya La Liqasında çıxış edən digər Kataloniya klubu “Jirona”ya icarəyə verilməyə yaxın olduğu bildirilirdi.
Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ilin iyul ayından bəri “Barselona”da oynayır. 2025/2026 mövsümündə qapıçı “Barsa”nın heyətincə yalnız bir oyuna (“Kral Kuboku”nda) çıxıb.