AZ

Ağsuda ölümlə nəticələnən ağır qəza baş verib

Ağsu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunun rayonun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobilinin idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, 2002-ci il təvəllüdlü Kəmalə Orucova hadisə yerində həyatını itirib. Avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, Ağsu rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Seçilən
91
4
konkret.az

5Mənbələr