AZ

Ağsuda ölümlə nəticələnən ağır qəza baş verdi

Ağsu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunun rayonun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, 2002-ci il təvəllüdlü Kəmalə Orucova hadisə yerində həyatını itirib. Avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Ağsu rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Seçilən
58
4
avtosfer.az

5Mənbələr