İsrail hərbçiləri Livana yenidən zərbə endirib.
Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
IDF-nin məlumatına görə, hücumun məqsədi "Hizbullah"ın silahlı birləşmələrinin bir qrup üzvünün məhv edilməsi olub.
"Hizbullah"ın atəşkəs razılaşmasını davamlı şəkildə pozmasına cavab olaraq İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Herbet-Selem rayonunda hərəkatın terrorçularına zərbə endirib", - məlumatda deyilir.