AZ

İsrail ordusu Livana zərbə endirdi

İsrail hərbçiləri Livana yenidən zərbə endirib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

IDF-nin məlumatına görə, hücumun məqsədi "Hizbullah"ın silahlı birləşmələrinin bir qrup üzvünün məhv edilməsi olub.

"Hizbullah"ın atəşkəs razılaşmasını davamlı şəkildə pozmasına cavab olaraq İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Herbet-Selem rayonunda hərəkatın terrorçularına zərbə endirib", - məlumatda deyilir.


Telegram kanalımız
Seçilən
58
7
yenisabah.az

9Mənbələr