AZ

"Nestle" zəhərlənmə təhlükəsi ilə əlaqəli bəzi uşaq qidalarını geri çağırıb

Bakı. Trend:

Uşaq yeməkləri istehsal edən "Nestle" şirkəti bəzi uşaqyeməklərini geri çağırıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, məhsullarda qida zəhərlənməsi riskiolan toksin təhlükəsi aşkarlandığı üçün bir çox uşaq yeməkləri geriçağırılıb.

İrlandiya Qida Standartları Agentliyi (FSAI) açıqlamasındatəsirlənmiş partiyalarda serulid toksini ola biləcəyi ehtimalolunur. Bu toksin isə uşaqlarda ürəkbulanma və şiddətli qusmayasəbəb ola bilir.

“Sereulid toksini qidada əvvəlcədən əmələ gələ bilər və son dərəcəistiyə davamlıdır. Sereulid toksini olan qidaların istehlakısimptomlara, o cümlədən ürəkbulanma və şiddətli qusmaya səbəb olabilər. Simptomlar adətən beş saat ərzində özünü göstərir vəxəstəliyin müddəti altı ilə 24 saat arasında dəyişir.”

Agentlik valideynlər, qəyyumlar və baxıcılara geri çağırılanməhsulları körpələrə və ya azyaşlı uşaqlara verməməyi tövsiyəedib.

"Nestle" şirkəti isə müştərilərdən üzr istəsə də, indiyə qədərhər hansı bir əlaqəli xəstəlik barədə təsdiqlənmiş məlumatolmadığını açıqlayıb. Problemin, təchizat problemi ilə bağlı olduğubildirilib.

Geri çağırılan uşaq qidaları bunlardır:

SMA Advanced First Infant Milk

SMA Advanced Follow-On Milk

SMA Anti Reflux

SMA Alfamino

SMA First Infant Milk

SMA Little Steps First Infant Milk

SMA Comfort

SMA Laktozasız

Seçilən
116
27
az.trend.az

10Mənbələr