Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
KitKat və Nescafe məhsullarının istehsalçısı olan Nestle şirkəti, uşaq qidası məhsullarının müəyyən partiyaları ilə bağlı sağlamlıq xəbərdarlıqları yayımlayıb.
Marja.az xəbər verir ki, sözügedən məhsullarla əlaqəli hər hansı xəstəlik halı bildirilməsə də, qida şirkəti 50-dən çox ölkədə “tədbir məqsədilə” məhsulları geri çağırdığını açıqlayıb.
Nestle valideynləri “müəyyən partiyalara aid məhsullardan istifadəni dayandıraraq mağazalara qaytarmaları” barədə xəbərdar edib, Çin və Avstraliya kimi bəzi ölkələrdə isə çirklənmə ehtimalı olan uşaq qidaları ilə bağlı sağlamlıq xəbərdarlıqları yayımlanıb.
Məhsullar və ölkələr
Çirklənmiş məhsullar arasında tanınmış Beba markası ilə yanaşı, Alfamino kimi xüsusi məhsullar da yer alır.
Türkiyə, Böyük Britaniya, Avstriya və Almaniya da sözügedən məhsulların geri çağırıldığı ölkələr sırasındadır. ABŞ və ya Kanada üçün isə hələlik hər hansı geri çağırma aparılmaması diqqət çəkir.
İstehlakçı təşkilatı Nestle-ni tənqid edir
Almaniyada İstehlakçıların Müdafiəsi Təşkilatı Foodwatch, Nestle-ni “məsuliyyətsiz davranmaqda” ittiham edib.
Foodwatch-un açıqlamasında, Nestle-nin ən azı 2025-ci ilin dekabr ayının əvvəlindən uşaq qidası məhsullarındakı çirklənmədən xəbərdar olduğu iddia edilib.
İş elanları AzVak.az-da
Qalmaqalla bağlı bir çox sualın cavabsız qaldığı vurğulanan açıqlamada Nestle-dən “tam şəffaflıq” tələb olunub.
Açıqlamada çirklənmənin nə vaxt başladığı və hansı istehsal müəssisələrində baş verdiyi barədə sualların cavabsız qaldığı vurğulanaraq bildirilir. Fransa da daxil olmaqla digər Avropa ölkələri, eyni toksin olan sereulid çirklənməsi səbəbindən həftələr əvvəl Nestle uşaq qidalarını geri çağırmışdı.
Foodwatch, Nestle-nin niyə yalnız yanvar ayının əvvəlində Almaniyada ictimai geriçağırma prosesinə başladığını tamamilə anlaşılmaz hesab edir.
Dünya üzrə satılan bu məhsulların körpələrə verilməsinin təhlükəsiz olmadığı qeyd olunan xəbərdarlıqlarda, məhsullarda qəbul edildiyi zaman körpələrdə qusma və ishala səbəb ola bilən toksin (sereulid) ola biləcəyi bildirilib.
Foodwatch təxmin edir ki, təxminən 60 ölkə və Nestle-yə məxsus 10-dan çox zavoddan olan 800-dən artıq məhsul geri çağırmadan təsirlənib.
Təşkilat bəzi hallarda Nestle və aidiyyəti qurumların problemlər barədə məlumat verilməzdən əvvəl həftələrlə gözlədiyini iddia edib.
“Şəffaflıq və sanksiya şərtdir”
Foodwatch rəhbərlərindən Alina Nitsche mövzu ilə bağlı dəyərləndirməsində hər bir qida qalmaqalında istehlakçıların çox gec və qeyri-kafi şəkildə məlumatlandırıldığını bildirərək deyib:
“Cavabdeh şirkətlər demək olar ki, heç bir nəticə ilə üzləşmirlər. Şirkətlər və qida təhlükəsizliyi qurumları üçün açıq məlumat vermə öhdəliyi zəruridir. Ciddi pozuntular zamanı sanksiyalar və cərimələr şirkətlərə maliyyə baxımından həqiqətən zərər verməlidir. İndiyədək qida şirkətləri çox vaxt cəzasız qalır və ya kiçik xəbərdarlıqlar və nisbətən aşağı cərimələrlə bu vəziyyətdən xilas olurlar.”
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.