AZ

Energetika Nazirliyində kadr dəyişikliyi

BAKI, 6 yanvar. TELEQRAF

Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr və rəqəmsal idarəetmə şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Teleqraf xəbər verir ki, Amil Həsənov nazirliyin şöbəsinə rəhbər olaraq təyin edilib.

Qeyd edək ki, o bu vəzifəni ötən ilin 24 oktyabrından icra edir.

Amil Həsənov 2017 – 2024-cü illərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyində müxtəlif vəzifələrdə işləyib.

2012 – 2017-ci illərdə Dövlət Neft Fondunda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis, aparıcı mütəxəssis vəzifələrində çalışıb. Bundan öncə isə özəl sektorda hüquqşünas vəzifəsində işləyib.

O, 2009-cu ildə Dövlət İdarəçilik Akademiyasının bakalavr, 2012-ci ildə isə ADA Universitetinin magistr pilləsini bitirib.

Seçilən
97
4
teleqraf.com

5Mənbələr