Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr və rəqəmsal idarəetmə şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.Teleqraf xəbər verir ki, Amil Həsənov nazirliyin şöbəsinə rəhbər olaraq təyin edilib.Qeyd edək ki, o bu vəzifəni ötən ilin 24 oktyabrından icra edir.Amil Həsənov 2017 – 2024-cü illərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyində müxtəlif vəzifələrdə işləyib.2012 – 2017-ci illərdə Dövlət Neft Fondunda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis, aparıcı mütəxəssis vəzifələrində çalışıb. Bundan öncə isə özəl sektorda hüquqşünas vəzifəsində işləyib.O, 2009-cu ildə Dövlət İdarəçilik Akademiyasının bakalavr, 2012-ci ildə isə ADA Universitetinin magistr pilləsini bitirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


