AZ

Ramzan Kadırov 20 yaşlı oğlunu yüksək posta gətirdi

Çeçenistan lideri Ramzan Kadırov böyük oğlu, 20 yaşlı Əhməd Kadırovu respublika hökumətinin müvəqqəti sədr müavini təyin edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kadırov özünün "Telegram" kanalında bildirib.

Çeçenistan Baş nazirinin müavini vəzifəsini öz üzərinə götürən Əhməd Kadırov 2024-cü ilin may ayından bəri tutduğu regional bədən tərbiyəsi və idman naziri vəzifəsini də qoruyub saxlayacaq. Bundan əvvəl o, dörd ay (2024-cü ilin fevralından may ayına qədər) Çeçenistanın gənclərlə iş üzrə naziri vəzifəsində çalışıb.

Ramzan Kadırovun ikinci oğlu Zelimxan 2024-cü ildə "Axmat" Çeçen döyüş klubuna və Çeçen Boks Federasiyasına rəhbərlik edib. Üçüncü oğlu Adəm isə 2025-ci ildə respublika Təhlükəsizlik Şurasının katibi olub. 

Ramzan Kadırovun ən azı 96 qohumu, o cümlədən 14 övladından yeddisi dövlətlə bağlı vəzifələr tutub və ya tutur.

Son illərdə mediada və sosial şəbəkələrdə Kadırovun ağır xəstəliyi ilə bağlı şayiələr yayılıb. "Novaya Gazeta Europa" öz mənbələrinə istinadən yazıb ki, 2019-cu ildə Çeçenistan liderinə mədəaltı vəzi nekrozu diaqnozu qoyulub. Kadırovun özü isə hər hansı bir sağlamlıq probleminin olduğunu inkar edir.

Əli Hüseynov

Seçilən
53
4
bakivaxti.az

5Mənbələr