Olke.az saytına istinadən ain.az xəbər verir.
Çeçenistan lideri Ramzan Kadırov böyük oğlu, 20 yaşlı Əhməd Kadırovu respublikanın baş nazirinin müavini vəzifəsinə təyin edib.
Ölkə.az xəbər verir ki, bu barədə Ramzan Kadırov özünün Telegram kanalında məlumat verib.
Çeçenistan Baş nazirinin müavini vəzifəsini tutan Əhməd Kadırov 2024-cü ilin may ayında tutduğu regional bədən tərbiyəsi və idman naziri vəzifəsini qoruyub saxlayacaq. Bundan əvvəl o, dörd ay (2024-cü ilin fevralından may ayına qədər) Çeçenistanın gənclərlə iş üzrə naziri vəzifəsində çalışıb.
2024-cü ildə Ramzan Kadırovun ikinci oğlu Zelimxan "Axmat" Çeçen Döyüş Klubunun və Çeçen Boks Federasiyasının rəhbəri oldu. Üçüncü oğlu Adam isə 2025-ci ildə respublika Təhlükəsizlik Şurasının katibi olub.
“Proekt” nəşrinin hesablamalarına görə, Ramzan Kadırovun ən azı 96 qohumu, o cümlədən 14 övladından yeddisi dövlət vəzifələrində çalışıb və ya hazırda çalışır.
Son illərdə mediada və sosial mediada Kadırovun ağır xəstəliyi ilə bağlı şayiələr yayılıb. "Novaya Gazeta Europa" mənbələrə istinadən xəbər verir ki, Çeçenistan liderinə 2019-cu ildə mədəaltı vəzi nekrozu diaqnozu qoyulub. Kadırovun özü isə hər hansı bir sağlamlıq problemi olduğunu inkar edir.
Mürtəza
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.