"Zənnimcə, işləri daha sürətli görə bilərik, amma əlbəttə, xərc də artacaq. Neft şirkətlərinə həmin xərcin əvəzini, yaxud gəlirdən kompensasiyanı ödəyəcəyik".
![]() |
| Tramp:"Kuba çökəcək" |
Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuelada xüsusi əməliyyat keçirib. Bu ölkəyə qarşı aviazərbələr fonunda Prezident Nikolas Maduro və həyat yoldaşı ələ keçirilərək ABŞ-yə aparılıb. O, əsasən narkoterrorizmdə təqsirləndirilir. Hazırkı vəziyyətdə Donald Tramp diqqətə çatdırıb ki, Venesuela faktiki surətdə ABŞ-nin idarəsi altındadır.
Firudin Həmidli
AzVision.az
