ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp "NBC News" telekanalına müsahibəsində dilə gətirib. O bildirib ki, bu layihənin 1,5 ildən az vaxta həyata keçirilməsi mümkündür: "Zənnimcə, işləri daha sürətli görə bilərik, amma əlbəttə, xərc də artacaq. Neft şirkətlərinə həmin xərcin əvəzini, yaxud gəlirdən kompensasiyanı ödəyəcəyik".

Tramp: "Kuba çökəcək"
Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuelada xüsusi əməliyyat keçirib. Bu ölkəyə qarşı aviazərbələr fonunda Prezident Nikolas Maduro və həyat yoldaşı ələ keçirilərək ABŞ-yə aparılıb. O, əsasən narkoterrorizmdə təqsirləndirilir. Hazırkı vəziyyətdə Donald Tramp diqqətə çatdırıb ki, Venesuela faktiki surətdə ABŞ-nin idarəsi altındadır. Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.