AZ

Azərbaycan millisinin meneceri növbəti dəfə beynəlxalq təyinat alıb

Azərbaycanın kişilərdən ibarət millisinin meneceri Yelena Parxomenko Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıb.

Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

O, kişi voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final oyununda iştirak edəcək.

Y.Parxomenko yanvarın 7-də Rumıniyada baş tutacaq "CSM Corona" (Rumıniya) – "Volley SCHÖNENWERD" (İsveçrə) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.

Seçilən
76
2
far.az

7Mənbələr