AZ

Yelena Parxomenko CEV dən növbəti beynəlxalq təyinat alıb

ain.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycanın kişilərdən ibarət millisinin meneceri Yelena Parxomenko Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

O, kişi voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final mərhələsinin oyununda iştirak edəcək.

Təcrübəli mütəxəssis yanvarın 7-də Rumıniyada baş tutacaq “CSM Corona” (Rumıniya) – “Volley SCHÖNENWERD” (İsveçrə) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
2
icma.az

7Mənbələr