Bayram günlərində təcili tibbi yardım xidmətinə rekord sayda müraciət daxil olub.
TƏBİB-dən verilən məlumata görə, 31 dekabr-4 yanvar tarixlərində ümumilikdə 27 min 779 çağırış daxil olub.
Xezerxeber.az-ın məlumatına görə, qeyd edilib ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış ilin ilk günü Bakı şəhəri üzrə qeydə alınıb. Yanvarın 1-də müraciət sayı gün ərzində 3 101 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.
Bayram günləri zəhərlənmə halları ilə də yadda qalıb.
Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, qeyri-iş günlərində 13 nəfər zəhərlənib.
Həkim və mütəxəssislər qidaların istehlak müddətinə xüsusi diqqət yetirməyə çağırır. Bildirilir ki, düzgün saxlanılmayan və ya istehlak müddəti keçmiş qidalar ciddi zəhərlənmələrə səbəb ola bilər. Xüsusilə 3 gündən artıq qalan bəzi yeməklərin istifadəsi zəhərlənmə ilə yanaşı, ölüm riskini də artırır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.