AZ

Bayram günlərində təcili yardıma müraciətdə rekord VİDEO

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bayram günlərində təcili tibbi yardım xidmətinə rekord sayda müraciət daxil olub.Bakupost.az TƏBİB-ə istinadən xəbər verir ki, 31 dekabr-4 yanvar tarixlərində ümumilikdə 27 min 779 çağırış daxil olub.Qeyd edilib ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış ilin ilk günü Bakı şəhəri üzrə qeydə alınıb. Yanvarın 1-də müraciət sayı gün ərzində 3 101 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.Bayram günləri zəhərlənmə halları ilə də yadda qalıb.Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, qeyri-iş günlərində 13 nəfər zəhərlənib.Həkim və mütəxəssislər qidaların istehlak müddətinə xüsusi diqqət yetirməyə çağırır. Bildirilir ki, düzgün saxlanılmayan və ya istehlak müddəti keçmiş qidalar ciddi zəhərlənmələrə səbəb ola bilər. Xüsusilə 3 gündən artıq qalan bəzi yeməklərin istifadəsi zəhərlənmə ilə yanaşı, ölüm riskini də artırır.Bakupost.az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
www.bakupost.az

2Mənbələr