AZ

"Qəbələ" klubu seneqallı müdafiəçi ilə gücləndi

BAKI, 5 yanvar. TELEQRAF

“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb.

Klubun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalanıb.

Onun son klubu “Panevejis” (Litva) olub. Keyta buna qədər “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və “Diambars” (Seneqal) komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Keyta “Qəbələ”də 33 nömrəli formada çıxış edəcək.

Seçilən
87
1
teleqraf.com

10Mənbələr