AZ

“Qəbələ” seneqallı futbolçu transfer edib

Yazını böyüt
Yazını kiçilt

“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb.

Hafta.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalanıb. Onun son klubu “Panevejis” (Litva) olub. Keyta buna qədər “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və “Diambars” (Seneqal) komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Keyta “Qəbələ”də 33 nömrəli formada çıxış edəcək.

Seçilən
102
22
hafta.az

10Mənbələr