AZ

“Məqsədimiz daha təcrübəli futbolçular gətirməkdi” - “Qaradağ Lökbatan”ın baş məşqçisi

“Qaradağ Lökbatan” 4 futbolçu ilə yollarını ayırıb. Bunlar Əli Kərimov, Ceyhun Ağazadə, Mehdi Həşimov və Ayxan Məcidovdu.

2-ci liqada turnir cədvəlinə başçılıq edən komandanın hər şey yolunda getdiyi vaxtda belə qərar verməsi maraq doğurdu.

Bunun səbəbini öyrənmək üçün komandanın baş məşqçisi Qəzənfər Abbasova müraciət etdik:
“Bu qərarı verməkdə məqsədimiz əvəzinə daha təcrübəli futbolçular gətirməkdi. Yeni transferlər olacaq. İnanıram ki, onlar da komandaya tez uyğunlaşacaq və çempionluq yolunda bizə kömək olacaq”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
55
1
football-plus.az

2Mənbələr