Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Qaradağ Lökbatan” 4 futbolçu ilə yollarını ayırıb. Bunlar Əli Kərimov, Ceyhun Ağazadə, Mehdi Həşimov və Ayxan Məcidovdu. 2-ci liqada turnir cədvəlinə başçılıq edən komandanın hər şey yolunda getdiyi vaxtda belə qərar verməsi maraq doğurdu. Bunun səbəbini öyrənmək üçün komandanın baş məşqçisi Qəzənfər Abbasova müraciət etdik:
“Bu qərarı verməkdə məqsədimiz əvəzinə daha təcrübəli futbolçular gətirməkdi. Yeni transferlər olacaq. İnanıram ki, onlar da komandaya tez uyğunlaşacaq və çempionluq yolunda bizə kömək olacaq”.
MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.