AZ

Xətaidə “Prius” sürücüsü qoçuluq edib yol kəsir 77 TL 980 VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda “Prius” sürücüsü başqa bir avtomobilin önünü kəsib onun hərəkətinə maneə yaratmağa çalışıb.

Avtosfer.az xəbər verir ki, paytaxtın Xətai rayonunda sürücünün yol hərəkəti qaydalarını pozmaqla yanaşı özbaşınalıq etməsi kameralara düşüb. Belə ki, Gəncə prospektində sol zolaqla hərəkətini davam etdirən avtomobil sürücüsü Avtosfer.az-ın sosial şəbəkə hesabına şikayət edib.

Onun sözlərinə görə, prospektdə irəliləyərkən arxadan işıq siqnalı ilə davamlı narahatlıq verən 77-TL-980 nömrəli “Prius” markalı avtomobilin sürücüsü digər zolaqda ona yanaşıb. Aralarındakı kiçik mübahisədən sonra “Prius”un sürücüsü maşını onun önünə sürüb və hərəkəti dayandırıb. İşıqforun yaşıl işığında belə maşını dayandırıb. Siqnal səsindən sonra hərəkəti davam etdirib.

Sürücünün sözlərinə görə hadisə yanvarın 3-ü 22:26-da baş verib. O avtomobildə ailəsi ilə birlikdə olub.

Səfər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
91
50
avtosfer.az

10Mənbələr