AZ

Mingəçevirdə zəncirvari yol qəzası olub, xəsarət alan var

Mingəçevirdə zəncirvari yol qəzası nəticəsində piyada xəsarət alıb. Avtosfer.az xəbər verir ki, hadisə axşam saatlarında 20 yanvar küçəsində baş verib. İdarəetmədən çıxan "Niva" markalı maşın öncə yolun kənarında dayanan "Mercedes" və "Hyundai"yə çırpılıb, daha sonra isə piyadanı vurub. Müxtəlif bədən xəsarətləri alan 36 yaşlı piyada Zaur Ələkbərov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma başlanıb.

Seçilən
138
50
avtosfer.az

10Mənbələr