AZ

Tusk: “Belə getsə Avropanın sonu çatacaq”

AzVision.az Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, Polşanın baş naziri Donald Tusk belə deyib.

“Heç kim zəif və parçalanmış Avropanı ciddi qəbul etməyəcək: nə düşmənlər, nə də müttəfiqlər. Bu artıq aydındır. Biz nəhayət öz gücümüzə inanmalıyıq, silahlanmağa davam etməliyik, heç vaxt olmadığı qədər birləşməliyik. Bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Əks halda, bizim sonumuz çatacaq”, - siyasətçi “X” sosial şəbəkəsində ingilis dilində yazıb.

Polşanın baş naziri ABŞ-nin beynəlxalq səhnədəki son hərəkətlərinə – Venesuelaya hücuma və ABŞ lideri Donald Trampın Vaşinqtonun ərazi iddiaları, o cümlədən Danimarkanın bir hissəsi olan Qrenlandiya ilə bağlı bəyanatlarına belə reaksiya verib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
7
1
azvision.az

2Mənbələr