AZ

Tusk: “Belə getsə Avropanın sonu çatacaq”

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

AzVision.az Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, Polşanın baş naziri Donald Tusk belə deyib. “Heç kim zəif və parçalanmış Avropanı ciddi qəbul etməyəcək: nə düşmənlər, nə də müttəfiqlər. Bu artıq aydındır. Biz nəhayət öz gücümüzə inanmalıyıq, silahlanmağa davam etməliyik, heç vaxt olmadığı qədər birləşməliyik. Bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Əks halda, bizim sonumuz çatacaq”, - siyasətçi “X” sosial şəbəkəsində ingilis dilində yazıb. Polşanın baş naziri ABŞ-nin beynəlxalq səhnədəki son hərəkətlərinə – Venesuelaya hücuma və ABŞ lideri Donald Trampın Vaşinqtonun ərazi iddiaları, o cümlədən Danimarkanın bir hissəsi olan Qrenlandiya ilə bağlı bəyanatlarına belə reaksiya verib. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
azvision.az

2Mənbələr