AZ

Xamenei qaçmağa hazırlaşır: Sərvətini toplayıb bu ölkəyə gedəcək

İran rejimi davam edən etirazlar fonunda dini lider Əli Xameneinin ölkədən qaçırılması ilə bağlı B planı hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “Times” nəşri yazıb.

Nəşr kəşfiyyat mənbələrinə istinadən qeyd edir ki, 86 yaşlı Xamenei ordu və təhlükəsizlik qüvvələrinə nəzarəti itirəcəyi təqdirdə köməkçiləri və ailəsinin daxil olduğu 20 nəfərlik qrupla ölkədən qaçmağı planlaşdırır.

Mənbələr bildirir ki, Xameneinin mümkün varisi hesab olunan oğlu Müctəba da plana daxildir. Keçmiş kəşfiyyatçı Beni Sabti isə hesab edir ki, Xamenei Moskvaya qaça bilər.

Qaçış planı Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Rusiyaya sığınması təcrübəsinə əsasən hazırlanıb. Məlumatlara görə, Xamenei qaçış zamanı təhlükəsiz şəkildə Rusiyaya transfer edə bilmək üçün daxildə və xaricdəki sərvətini toplamağa başlayıb.

Seçilən
112
27
publika.az

10Mənbələr