AZ

Bəşər Əsədin ardınca İranın Ali Lideri Əli Xamenei də Moskvaya qaçmağa hazırlaşır

İranın Ali Lideri Əli Xamenei təhlükəsizlik qüvvələrinin ölkədəki etirazları yatırmaması halında Tehrandan təxliyə planı hazırlayıb.

Britaniyanın “The Times” qəzeti kəşfiyyat hesabatına istinadən xəbər verir ki, İranın təhlükəsizlik qüvvələri etirazçılara qoşularsa, 86 yaşlı Xamenei paytaxtı 20 ailə üzvü və köməkçisi ilə birlikdə tərk etmək niyyətindədir. Hesabatda deyilir ki, planda İranın Ali Liderinin oğlu və varisi Müctəba Xameneinin təxliyəsi nəzərdə tutulur.

Keçmiş İsrail kəşfiyyat zabiti Benni Sabtinin sözlərinə görə, Əli Xamenei Moskvaya qaça bilər, çünki “onun üçün başqa yer yoxdur”. “The Times” qəzetinin istinad etdiyi hesabatda deyilir ki, İranın Ali Lideri 2025-ci ilin iyun ayında İsraillə 12 günlük müharibədən sonra xeyli “zəifləyib”. Əli Xamenei uzun müddətdir ki, İranda son bir neçə gün ərzində keçirilən etirazlar da daxil olmaqla, ictimaiyyət qarşısına demək olar ki, çıxmayıb.
“The Times” qəzeti xəbər verir ki, Əli Xameneinin təxliyə planı 2024-cü ilin dekabrında devrilmiş və Rusiyada sığınacaq almış Suriya prezidenti Bəşər Əsədin qaçışına əsaslanır.

//Samir Qurbanov, Editor.az

Seçilən
168
27
editor.az

10Mənbələr