Azərbaycanla Suriya arasında icarət əlaqələrinin inkişaf yolları müzakirə edilib.
APA xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin "X" hesabında məlumat yayılıb.
"Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri cənab Məhəmməd Nidal əş-Şaarla yenidən görüşməkdən məmnun oldum. Görüşdə iqtisadi və ticarət əlaqələrinin inkişaf yollarını müzakirə etdiyimiz zaman səfər mübadilələrinin, eləcə də hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın qurulmasının əhəmiyyətini xüsusi qeyd etdik", - paylaşımda qeyd olunub.