AZ

Azərbaycanla Suriya arasında ticarət əlaqələrinin inkişaf yolları müzakirə edilib

Azərbaycanla Suriya arasında ticarət əlaqələrinin inkişaf yolları müzakirə edilib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin "X" hesabında məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əş-Şaarla görüşüb.

Görüşdə iqtisadi və ticarət əlaqələrinin inkişaf yollarının müzakirəsi zamanı səfər mübadilələrinin, eləcə də hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın qurulmasının əhəmiyyəti xüsusi qeyd edilib.

Seçilən
3
2
apa.az

3Mənbələr