AZ

Hindistanda sudan kütləvi zəhərlənmə qeydə alınıb: 16 nəfər ölüb

Hindistanın İndore şəhərinin Bhagiratpura rayonunda içməli sudan kütləvi zəhərlənmə nəticəsində azı 16 nəfər həyatını itirib.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ölkənin "ən təmiz şəhəri" statusunu daşıyan şəhərdə dekabr ayının sonlarından bəri kəskin ishal diaqnozu ilə 1400-dən çox insan xəstəxanalara müraciət edib.

Azı 142 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, təxminən 15 000 nəfərin yaşadığı ərazidən götürülmüş su nümunələri kanalizasiya borusunda baş vermiş sızma səbəbindən çirklənmiş suda zərərli bakteriyaların olduğunu göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
2
olaylar.az

3Mənbələr