Dünyada güclünün hüququnun hökm sürdüyü bir dövrdə heç kim özünü təhlükəsiz hiss edə bilməz. Bu dağıdıcı xaosdan qorunmaq üçün dövlətlər öz gücünü və müstəqilliyini gücləndirməlidirlər.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin aparıcı müdafiə şirkətlərindən biri olan “Baykar”ın texniki direktoru Selçuk Bayraktar sosial media paylaşımında bildirib.
O qeyd edib ki, ədalətsizliyin və qanunsuzluğun beynəlxalq münasibətlərin yeni normasına çevrildiyi bir dövrdə Türkiyə yalnız yerli texnologiyaya güvənmək şərti ilə dayana bilər.
Bayraktar Venesueladakı vəziyyətə diqqət çəkərək, baş verənlərin Türkiyə rəhbərliyinin milli texnoloji irəliləyişlərə sadiqliyinin düzgünlüyünü bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb.