AZ

Ərdoğan: Türkiyənin F-35 proqramına qayıdışı...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ rəhbərliyindəki F-35 qırıcı təyyarə proqramına Türkiyənin yenidən qoşulmasının Vaşinqtonla əlaqələri möhkəmləndirəcəyini və NATO-nun təhlükəsizliyini gücləndirəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti “Bloomberg“ə müsahibəsində bildirib.

    Ərdoğan ABŞ Prezidenti Donald Trampla münasibətlərindən istifadə edərək, Rusiyadan hava hücumundan müdafiə sistemlərinin alınması səbəbilə təxminən on il əvvəl gərginləşən əlaqələri bərpa etməyə çalışdığını vurğulayıb.

    Nəşrin yazdığına görə, müdafiə, enerji və regional münaqişələrin istiqaməti daxil olmaqla Ankara ilə Vaşinqton arasında siyasət prioritetlərinin yaxınlaşması, Türkiyənin NATO üzvü olması ilə Rusiyanın onun əsas ticarət tərəfdaşı olması arasında balans siyasətini yenidən formalaşdırır.

    Seçilən
    99
    28
    bakivaxti.az

    10Mənbələr