AZ

Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əlaqələrin inkişaf məsələləri müzakirə edilib

Bakı. Trend:

Yanvarın 4-də Azərbaycan Respublikasının müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan AmerikaBirləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvücənab Markveyn Mallin və Nümayəndələr Palatasının digər üzvləri iləgörüşüb.

Trend xəbər verirki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyində təşkil edilən görüşdə general-polkovnikZ.Həsənov Azərbaycan ilə ABŞ arasında əlaqələrin mövcudvəziyyətindən razılığını ifadə edib, bu əlaqələrin ölkələrimiz üçünxüsusi əhəmiyyət daşıdığını bildirib.

Cənab M.Mallin isə öz növbəsində qarşılıqlı səfərlərin, müxtəlifformatlarda keçirilən görüşlərin əlaqələrimizingenişləndirilməsində səmərəli olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla ABŞ arasında hərbi, hərbi-texniki, hərbitəhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, yeni imkanları vəinkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraqdoğuran bir çox digər məsələlər barədə geniş fikir mübadiləsiaparılıb.

Seçilən
37
50
az.trend.az

10Mənbələr