AZ

Zakir Həsənov ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşdü

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yamnvarın 4-də ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü cənab Markveyn Mallin və Nümayəndələr Palatasının digər üzvləri ilə görüşüb.

Publika.az xəbər verir ki, Müdafiə Nazirliyində təşkil edilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan ilə ABŞ arasında əlaqələrin mövcud vəziyyətindən razılığını ifadə edib, bu əlaqələrin ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Cənab M.Mallin isə öz növbəsində qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsində səmərəli olduğunu vurğulayıb.

Seçilən
104
20
publika.az

10Mənbələr