“Sabah” klubu heyətdəki legionerlərdən bəzilərini komandada saxlamaq istəyir.
Bizim.Media xəbər verir ki, söhbət fransalı yarımmüdafiəçi Aaron Maluda və braziliyalı müdafiəçi İqor Noqeyradan gedir. Hər iki oyunçunun müqavilələri mövsümün sonunda başa çatır. Rəhbərlik isə hər iki legionerə yeni 1 illik müqavilə təklif edəcək. Qeyd edək ki, müqavilə ilə Fransanın “Lill” klubuna məxsus Aaron Maluda “Sabah”da icarə əsasında oynayır.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta