AZ

​"Qalatasaray"ın istədiyi futbolçuya "Mançester" elçi düşdü

Türkiyənin "Qalatasaray" klubu qış transfer dövründə heyətini gücləndirmək istəyir. İstanbul təmsilçisi "Atalanta"nın ulduzu Edersonun xidmətində maraqlıdır. Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Avropa nəhənglərindən olan "Mançester Yunayted" da Edersonu heyətinə qatmaq istəyir. Xarici KİV yazıb ki, "Atalanta" Edersonu 40 milyon avrodan daha ucuz qiymətə sata biləcəyini açıqlayandan sonra İngiltərə klubu futbolçu ilə danışıqlara başlayıb. Təcrübəli yarımmüdafiəçinin hansı kluba keçəcəyinə dair qərarını gələn həftənin ortalarında açıqlaması gözlənilir.

Mütəxəssislər Edersonun "Qalatasaray"a keçmək ehtimalının daha yüksək olduğunu iddia edirlər.

Seçilən
145
37
metbuat.az

10Mənbələr