AZ

İsveçrədə Krans-Montana faciəsinə görə matəm elan olunub

Bakı, 4 yanvar, AZƏRTAC

İsveçrə hakimiyyəti Krans-Montana kurortundakı barda baş verən və 40 nəfərin ölümünə səbəb olan yanğından sonra 9 yanvar tarixini Milli Matəm Günü elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İsveçrə Konfederasiyasının Prezidenti və ölkənin iqtisadiyyat naziri Qi Parmelen bildirib.

“Federal hakimiyyət orqanları İsveçrə kilsələri ilə birlikdə yanvarın 9-da matəm keçirməyi planlaşdırır”, - deyə o “Tages-Anzeiger” qəzetinə verdiyi müsahibədə bildirib. Prezident, həmçinin həmin günə planlaşdırılan anım mərasimində iştirak etmək niyyətindədir.

“Milli həmrəyliyin daha bir əlaməti olaraq, Krans-Montanadakı matəm mərasiminin əvvəlində saat 14:00-da bütün İsveçrə kilsələrinin zəngləri çalınacaq. Bundan əlavə, bu vaxta ölkə daxilində bir dəqiqəlik sükut da planlaşdırılıb”, - deyə Parmelen əlavə edib.

Seçilən
148
50
azertag.az

10Mənbələr