Ajans.azxəbər verir ki, bu barədə İsveçrə Prezidenti Qay Parmelin bildirib. Cümə günü yerli vaxtla saat 14:00-da milli həmrəylik əlaməti olaraq İsveçrədə kilsə zəngləri çalınacaq. Parmelinin sözlərinə görə, həmin vaxt bir dəqiqəlik sükut da qeyd olunacaq. Bir dəqiqəlik sükut və kilsə zənglərinin çalınması Krans-Montanadakı anım mərasimi ilə eyni vaxtda baş tutacaq.
İsveçrə Prezidenti nazirlərlə birlikdə mərasimdə iştirak edəcək.