AZ

Putin çətin seçim qarşısındadır, hər ssenari risklidir - “The Times”

Rusiya prezidenti Vladimir Putin qarşısına iki riskli yol qoyub: müharibəni davam etdirərək iqtisadi və siyasi problemlərlə üzləşmək, yoxsa danışıqlara ümid bağlayaraq etibarsız xarici tərəflərə bel bağlamaq.

Bizim.Media xəbər verir ki, bu barədə The Times yazıb.

Müəllif Mark Galeotti bildirir ki, 2025-ci ildə Rusiyanın Ukraynada irəliləyişi yavaş olsa da, əvvəlki illərlə müqayisədə daha çox ərazi ələ keçirilib. Rusiya ordusu dronlardan və planer bombalardan effektiv istifadə edir, bu da Ukrayna müdafiəsini zəiflədib.

Danışıqlar uğursuz olarsa, Putin hərbi yolu seçmək istəyə bilər, amma bu iqtisadi və siyasi riskləri artıracaq, könüllü hərbçi çatışmazlığı və parlament seçkiləri ərəfəsində narazılıq yarada bilər.

Eyni zamanda, danışıqlara ümid bağlamaq da risklidir, çünki Ukraynanın Donbası güzəştə getmək ehtimalı azdır.

Bizim.Media

Seçilən
166
50
bizim.media

10Mənbələr