AZ

Xamenei Moskvaya qaçmağa hazırlaşır The Sunday Times

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

İranın Ali Lideri Ayətullah Əli Xamenei ölkənin təhlükəsizlik qüvvələrinin etiraz dalğasını yatırmaması və ya onların yayınıb əmrlərə tabe olmamaları halında qaçış planı hazırlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniyanın "The Sunday Times" qəzetində dərc olunan xəbərdə qeyd edilib.

Qəzetin əldə etdiyi kəşfiyyat hesabatına görə, Xamenei ölkədə nəzarəti itirəcəyi təqdirdə ailə üzvləri və yüksək vəzifəli köməkçilərindən ibarət kiçik bir dairə ilə Tehranı tərk etməyə hazırlaşır.

86 yaşlı Xameneinin ailə üzvləri və yaxın sirdaşları da daxil olmaqla 20 nəfərlik bir qrupla qaçacağı güman edilir. Kəşfiyyat mənbəyi qəzetə bildirib ki, "B planı" ehtimal olunan varis hesab edilən oğlu Müctəba Xameneinin ayətullahla birlikdə qaçmasını nəzərdə tutur. Ordu və təhlükəsizlik qüvvələri nümayişləri yatırmadığı və ya əmrlərə tabe olmadıqları təqdirdə plan həyata keçiriləcək.

Məqalədə İslam İnqilabından sonra İrandan qaçan keçmiş İsrail kəşfiyyat zabiti Benni Sabatinin fikri qeyd olunur. O, Moskvanın ən çox ehtimal olunan qaçış yeri olduğunu iddia edir. Onun sözlərinə görə, "Xamneyinin gedəcək başqa yeri yoxdur". Sabati əlavə edib ki, Xameneyi Rusiya prezidenti Vladimir Putinə heyrandır və rus mədəniyyətini İran mədəniyyətinə daha yaxın hesab edir.

Plan, cihadçıların paytaxtı ələ keçirməsindən bir neçə gün əvvəl, 2024-cü ilin dekabrında Dəməşqdən Moskvaya qaçan devrilmiş Suriya prezidenti Bəşər Əsədin qaçış planını xatırladır. Kəşfiyyat mənbəyi bildirib ki, Xameneyinin ətrafı "Tehrandan çıxış yolu planlaşdırıb", bura həmçinin aktivlərin, əmlakın və vəsaitlərin xaricə köçürülməsi də daxildir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
97
16
icma.az

10Mənbələr