“Latsio”nun yarımmüdafiəçisi Matteo Qenduzi “Fənərbaxça” ya keçməyə yaxındır.
Publika.az xəbər verir ki, jurnalist Yağız Sabuncuoğlunun verdiyi məlumata görə, Türkiyə klubu 26 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avro rəsmi təklif irəli sürüb. Əlavə 2 milyon avro bonus şəklində ödənilə bilər.
“Fənərbağça” artıq oyunçu ilə əməkdaşlıq barədə razılığa gəlib.