AZ

“Fənərbağça” iki futbolçu ilə danışıq aparır

Türkiyənin “Fənərbağça” klubu heyətini İtaliya A Seriyasında çıxış edən iki futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az xəbər verir ki, İstanbul təmsilçisi “Latsio”nun yarımmüdafiəçisi Matteo Genduzi və “Milan”ın hücumçusu Kristofer Nkunku ilə maraqlanır.

Fransalı futbolçuların mümkün keçidləri üzərində klubun idman direktoru Devin Özekin çalışdığı qeyd olunur.

Matteo Genduzi 2023-cü ilin avqust ayından etibarən “Latsio”nun formasını geyinir. “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, yarımmüdafiəçinin bazar dəyəri 28 milyon avrodur.

Kristofer Nkunku isə cari mövsümün əvvəlində “Çelsi”dən “Milan”a transfer olunub. Onun keçidi üçün İtaliya klubu 37 milyon avro ödəyib.

Seçilən
93
7
idmanxeber.az

10Mənbələr