AZ

Tramp iki ölkəyə xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro tutulduqdan sonra Kolumbiya Prezidenti Qustavo Petroya xəbərdarlıq edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu mövzuda o, mətbuat konfransında danışıb.

Siyasətçinin sözlərinə görə, kokain Kolumbiyada istehsal olunur və daha sonra ABŞ-yə göndərilir.

"Ona görə də Qustavo Petro həqiqətən daha diqqətli olmalıdır", - deyə Tramp xəbərdarlıq edib.

ABŞ lideri həmçinin Kuba xalqına kömək etmək istədiyini də bildirib.

"Kuba hələ də uğursuz bir ölkədir. Biz Kubada yaşayan insanlara kömək etmək istəyirik", - deyə Tramp bildirib. Onun sözlərinə görə, Kuba məsələsi Venesueladakı vəziyyətlə çox oxşardır.

Milli.Az

Seçilən
137
50
milli.az

10Mənbələr