AZ

Rassell özünü Şumaherə bənzətdi

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Mersedes”in 27 yaşlı britaniyalı pilotu Corc Rassell titullarının olmaması barədə danışıb."Football-plus.az" xəbər verir ki, o, bu məsələdə özünü əfsanəvi Mihael Şumaherlə müqayisə edib:

“Mən həmişə özümə “Ferrari”dəki Şumaheri xatırladıram - ilk çempionluğunu qazanana qədər komandada beş il keçirib. İnsanlar yalnız şöhrət illərini xatırlayırlar, amma heç kim 1996 və ya 1997-ci illəri xatırlamır. Bunlar uğursuzluqlar deyildi, amma o zaman da titullar yox idi. Buna görə də mən buna hazıram, amma başa düşürəm ki, mənim vaxtım gələcək, sadəcə, səbirli olmaq lazımdı”.

Corc 319 xal qazanmaqla 2025 mövsümünü pilotların sıralamasında 4-cü yerdə başa vurub. O, 2022 mövsümündən bəri Almaniya komandasının üzvüdü, burda Valtteri Bottası əvəz edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
92
3
icma.az

10Mənbələr