BAKI, 3 yanvar. TELEQRAF
İsveçrənin Valey kanton prokurorluğu Kran-Montandakı "Le Constellation" barında baş vermiş yanğında 40 nəfərin həlak olması ilə bağlı barın iki sahibinə qarşı cinayət işi açıb və onlara ehtiyatsızlıqdan adam öldürmə ittihamı irəli sürülüb.
Teleqraf xəbər verir ki, bu barədə "Keystone-SDA" agentliyi prokurorluğa istinadən məlumat yayıb.
Sənədlərdə qeyd olunur ki, ilkin istintaq nəticələri hər iki sahibə qarşı cinayət işi açmağa əsas verib. Onlara ehtiyatsızlıqdan adam öldürmə, ehtiyatsızlıqdan bədən xəsarəti yetirmə və yanğın törətmə ittihamları irəli sürülüb. Prokurorluq vurğulayıb ki, hökm qüvvəyə minənə qədər təqsirsizlik prezumpsiyası qüvvədədir.
Əvvəlki məlumatlara görə, müəssisə Korsikadan olan fransız cütlük Jak və Cessika Morettiyə məxsusdur. Hadisə zamanı Cessika hadisə yerində olub və əlindən yanıq alıb, həyat yoldaşı isə başqa məkanda olub.