AZ

İsveçrədə 9 yanvar Milli Matəm Günü elan edilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

İsveçrədə barda baş verən faciə ilə bağlı 9 yanvar Milli Matəm Günü elan olunub.

TurkicWorld xəbər verir ki, bu barədə İsveçrə Konfederasiyasının Prezidenti və ölkənin iqtisadiyyat naziri Gi Parmelen “Tages-Anzeiger” qəzetinə müsahibəsində bildirib.

Gi Parmelenin sözlərinə görə, Kran-Montana kurortunda barda baş verən yanğın nəticəsində 40 nəfərin həlak olması ilə əlaqədar olaraq 9 yanvar ölkə üzrə Milli Matəm Günü elan ediləcək.

Məlumata əsasən, saat 14:00-da Kran-Montanada matəm mərasimi başlayacaq. Həmin vaxt İsveçrənin bütün kilsələrində zənglər çalınacaq, həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Prezident anım mərasimində şəxsən iştirak edəcəyini də qeyd edib.

Seçilən
96
50
turkic.world

10Mənbələr