AZ

Tramp: Maduronun hakimiyyəti Venesuelada SONA ÇATDI

ABŞ prezidenti Donald Tramp Venesueladakı hadisələrlə bağlı açıqlamasında bildirib ki, Nikolas Maduronun ölkədə hakimiyyəti “bitib” və o, artıq prezident hesab edilmir.

KONKRET.az xəbər verir ki, Tramp əlavə edib ki, ABŞ Venesuelada yeni hakimiyyətin təhlükəsiz şəkildə formalaşması üçün lazım olan müddət qədər qalacaq və amerikalı səlahiyyətlilər Maduronu ABŞ məhkəməsinə təhvil verməyi planlaşdırır.

Prezidentin sözlərinə görə, Maduro “Cartel de los Soles” narkokartelini idarə edib və bu səbəbdən ABŞ məhkəməsi qarşısında məsuliyyətə cəlb olunacaq.

Natiq Səlim,
KONKRET.az

Seçilən
146
45
konkret.az

10Mənbələr