Bakı. Trend:
BMT Baş katibi Antonio Quterreş Venesuelada baş verəngərginlikdən və ABŞ-ın ölkədəki hərbi əməliyyatlarından dərinnarahatlıq keçirir.
Trend xəbər verir ki, bubarədə Baş katibin sözçüsünün bəyanatında deyilir. Quterreş buhalın region üçün potensial narahatedici nəticələrə səbəb olabiləcəyini bildirib.
“Venesueladakı vəziyyətdən asılı olmayaraq, bu hadisələrtəhlükəli bir presedent təşkil edir. Baş katib BMT Nizamnaməsi dədaxil olmaqla, beynəlxalq hüquqa hamı tərəfindən tam hörmətedilməsinin vacibliyini vurğulamağa davam edir. O, beynəlxalqhüququn qaydalarına hörmət edilməməsindən dərin narahatdır”, - deyəbəyanatda qeyd olunur.
Baş katib bütün tərəfləri insan hüquqlarına və qanunun aliliyinətam hörmətlə yanaşılan inklüziv dialoqa çağırıb.